5-ci Regional İnternet İdarəçilik Forumu
“İnnovasiya və Tərəqqinin Açarı İnternet” 07 Dekabr 2017

AZ | EN
Qeydiyyat

Ümumi məlumat

DİQQƏT

Bakı şəhərində keçiriləcək 1-ci “Regional İnternet İdarəçilik Forumu” (RİFAZ) tədbiri ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Heydər Əliyev adına Beynəlxalq hava limanında yerləşən struktur bölmələrindən və yaxud Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən Konsulluq İdarələri və ya diplomatik nümayəndəliklərindən viza ala bilərlər.

Vizaları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Heydər Əliyev adına Beynəlxalq hava limanında yerləşən struktur bölmələrindən 2013-cü il noyabr 30-dan dekabrın 8-dək əldə etmək olar.

Heydər Əliyev adına Beynəlxalq hava limanında vizaları almaq üçün iştirakçılar aşağıda qeyd olunanları göndərməlidir:

  1. “Qeydiyyatın Təsdiqi” sənədi (İİF Katibliyi tərəfindən http://www.nigf.az/registration/ veb saytında təmin olunacaq).
  2. Tədbir keçirilən ölkənin dəvət məktubu və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məktubu. Bu məktubları qeydiyyatın təsdiqi üzrə sənədi və pasportun surətini ev sahibliyi edən ölkənin viza bölməsinin elektron ünvanına (visainquiries@nigf.az) göndərməklə əldə etmək olar.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

  • 1 ədəd ərizə-anket (nümunəsi əlavə olunur);
  • 2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);
  • Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);

Xaricdə - Viza rəsmiləşdirilməsi üçün; Azərbaycan Respublikasında - Dəvət məktubu əsasında Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən müvafiq göstərişin göndərilməsi üçün.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsi; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsində viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

  • 1 ədəd ərizə-anket (nümunəsi əlavə olunur);
  • 2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);
  • Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);

DİQQƏT: Əcnəbinin pasportunun və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin etibarlılıq müddətinin bitməsinə 3 aydan az müddət qaldığı təqdirdə viza rəsmiləşdirilmir.

Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr

I qrup

Diplomatik və ya xidməti (rəsmi / xüsusi) pasporta malik vətəndaşlar

#

Ölkənin adı ı

Vizasız rejim tətbiq edilən pasportların növü

İki ölkə ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət

1.

Albaniya

Diplomatik və xidməti

90 gün

2.

Avstriya

Diplomatik və xidməti

90 gün

3.

Belarus

Diplomatik və xidməti

90 gün

4.

BƏƏ

Diplomatik

90 gün

5.

Bolqarıstan

Diplomatik və xidməti

90 gün

6.

Braziliya

Diplomatik, rəsmi və xidməti

90 gün

7.

Çin

Diplomatik və xidməti

30 gün

8.

Estoniya

Diplomatik

90 gün

9.

Fransa

Diplomatik

90 gün

10.

Gürcüstan

Diplomatik və xidməti

90 gün

11.

İndoneziya

Diplomatik və xidməti

30 gün

12.

İordaniya

Diplomatik və xidməti

90 gün

13.

İran

Diplomatik və xidməti

1 ay

14.

İtaliya

Diplomatik və xidməti

90 gün

15.

Kolumbiya

Diplomatik, rəsmi və xidməti

90 gün

16.

Koreya

Diplomatik, rəsmi və xidməti

30 gün

17.

Kuba

Diplomatik, rəsmi və xidməti

90 gün

18.

Küveyt

Diplomatik, xidməti və xüsusi

90 gün

19.

Qazaxıstan

Diplomatik və xidməti

90 gün

20.

Qırğızıstan

Diplomatik və xidməti

90 gün


II qrup

Ümumvətəndaş pasportuna malik vətəndaşlar

#

Ölkənin adı

İki ölkə ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət

1.

Belarus

90 gün

2.

Çin (qrup-turist səfərləri üçün)

30 gün

3.

Gürcüstan

90 gün

4.

Qazaxıstan

90 gün

5.

Qırğızıstan

90 gün

6.

Moldova

90 gün

7.

Monqolustan

90 gün

8.

Özbəkistan

90 gün

9.

Rusiya

90 gün

10.

Tacikistan

90 gün

11.

Ukrayna

90 gün