5-ci Regional İnternet İdarəçilik Forumu
“İnnovasiya və Tərəqqinin Açarı İnternet” 07 Dekabr 2017

AZ | EN
Qeydiyyat

Görməli yerlər


Nizami adına Ədəbiyyat Muzeyi

Bu muzey yazılı ədəbiyyatın tarixi nümunələrini əks etdirir. Muzeyin qarşısındakı abidə dahi şair Nizami Gəncəvinin xatirəsinə qoyulmuşdur. Bu abidə 1949-cu ildə Fuad Əbdürəhmanov tərəfindən hazırlanmışdır.


Qala divarları

Nizami meydanından sol tərəfdə Qala divarları yerləşir. Divar Bakının ən qədim, İçəri Şəhər adlanan hissəsini əhatə edir. Qala divarlarının xaricində yerləşən binalar Neft-Bumu ərzində 1870-1920-ci illərdə tikilmişdir.


Bazar meydanı və Hacı-Bani Hamamı

Bura 1960-ci illərdə ekskavasiya edilib və 16-17-ci əsrlərə aid olduğu aşkar olunub.


Qız qalası

Qız qalası Bakının XII əsrə aid ən gözəl memarlıq abidələrindən biridir. Qalanın adı ilə bağlı müxtəlif əfsanələr vardır, onlardan ən çox üstündə dayanılanı qalanın qızla bağlı əfsanəyə əsasən Qız qalası adlandırılmasıdır. Əfsanəyə görə onu Qalada həbs edən yerli zalım şahın (bəzi mənbələrdə atası kimi qeyd olunur) əlindən təngə gələn qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir.


Cümə Məscidi

Bakı Cümə Məscidi – Bakıda yerləşən qədim məscidlərdən biridir və məscidin minarəsi 1441-ci ilə təsadüf edir. Məscid ilk dəfə Şirvanşah I Xəlilüllahın əmri ilə tikilmişdir. 1900-cü illərdə məscid varlı tacir və gəmi sahibi Hacı Şıxəli Dadaşov tərəfindən əsaslı şəkildə bərpa edilmişdir. Mədrəsə (dini məktəb) və Məscid 1301-ci ilə təsadüf edirlər.


Filarmoniya

Azərbaycan Dövlət Filarmoniyasının binası 1910-1912 –ci illərdə ictimai toplantıların binasl proyekti kimi inşa edilmişdir və buranın memarlıq dizaynı Monte karlodakı məşhur kazinonun dizaynına uyğun hazırlanmışdır. Sovet hakimiyyəti dövründə bina bu günə kimi istifadə olunan musiqi zalına çevrildi. Filarmoniyanın dənizin cənub istiqamətində açıq havada konsert məkanı vardır.


İsmailiyyə binası

Bakının möhtəşəm binalarından biri olan İsmailiyyə binası varlı neft milyonçusu və həmçinin “xəsis” kimi ad çıxaran Ağa Musa Nağıyev (1849-1919), tərəfindən inşa olunmuşdur. Bu gözəl bina 1907-1913-cü illərdə arxitektor J. K. Ploşko tərəfindən Venetsiya qotikası üslubunda tikilmişdir. Nağıyev binanı vərəm xəstəliyindən dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirdiyi bu binanı Azərbaycanın Xeyriyyə Cəmiyyətlərinə bağışlayır. Binanın memarlıq üslubu Venesiyadakı Palazzo Kontarini xatırladır.


Şirvanşahlar Sarayı

Qala divarlarının içərisində XV əsrin möhtəşəm memarlıq incisi, Şirvan şahlarının sarayı olan Şirvanşahlar Sarayı yerləşir. Komleks 1435-1442-ci illərdə Fərrux Yasarın oğlu Şah I Xəlilullahın dövründə tikilmişdir. 1964- cü ildə saraya milli muzey statusu verildi.


Xəzərdə dəniz səyahəti

Xəzərdə dəniz səyahətinə çıxarkən Xəzərin zəngin tarixi və Bakı buxtasının gözəlliklərindən zövq almaq olar.


Atəşgah

Atəşgah – qədim mənbələrdə Azərbaycan, xüsusilə də Bakı bölgəsi əbədi odların yandığı yer kimi qeyd edilib. Burada divarlara baxarkən Hindistan tarixi haqqında öyrənmək olar. XVIII əsrdə bura gələn səyahətçilər məbədin hücrələrində gecələr dincəlirdilər.


Qobustan

Qobustan Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Bakıdan 60 km aralıda yerləşir. Qobustan sözünün hərfi mənası “qobular diyarı” deməkdir. Rayon mağara və qayalarla əhatə olunub. Daş dövründən bəri bu ərazi dünyada ən əsas və ən qədim qaya muzeylərindən biridir.


Yanardağ

Yanardağ - “Odlar yurdu” kimi tanınan Azərbaycanın paytaxtı Bakı şəhərinə yaxın, Xəzər dənizinin sahilində, Abşeron yarımadasında yerləşir. Dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan bu təbiət abidəsi «Yanar dağ» adlanır. Palçıq vulkanlarından fərqli olaraq, Yanardağda alov həmişə yanır, çünki bu dövri deyil.