5-ci Regional İnternet İdarəçilik Forumu
“İnnovasiya və Tərəqqinin Açarı İnternet” 07 Dekabr 2017

AZ | EN
Qeydiyyat

RIFAZ 2013

Xoş Gəlmişsiniz

1-ci “Regional İnternet İdarəçilik Forumu” Azərbaycana (RİFAZ) həsr olunmuş səhifəyə xoş gəlmişsiniz. Sizi səmimi qəlbdən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycan Ofisi (BMTİP) tərəfindən birgə təşkil olunan “İnternet İdarəçilik Forumu Katibliyinin Yaradılması” layihəsi çərçivəsində təşkil olunacaq 1-ci “Regional İnternet İdarəçilik Forumu” (RİFAZ) Azərbaycana dəvət edirik.

Məmnuniyyətlə nəzərinizə çatdırmaq istərdik ki, 1-ci “Regional İnternet İdarəçilik Forumu” (RİFAZ) 2013-cü ilin 03-05 dekabr tarixlərində “İnternet regional inkişaf və irəliləyişin hərəkətverici qüvvəsi kimi” devizi altında Azərbaycanın füsunkar şəhərlərindən olan Bakı şəhərində keçiriləcəkdir.

Tədbir zamanı aşağıdakı mövzular müzakirə ediləcəkdir:

·       İnternet İdarəçiliyi regional münasibətlərin inkişafı kimi - Yeni tendensiyalar, imkanlar və risklər;

·       Sosial şəbəkələr və sosial media rəqəmsal geriliyin həlli kimi;

·       Azərbaycanda internet idarəçiliyi və milli internet infrastrukturu;

·       Regional informasiya təhlükəsizliyi və Kiber cinayətkarlıq;

·       Açıq hökumət təşəbbüsləri, internetə giriş imkanları və milli kontent;

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Internet informasiya məkanı olmaqla yanaşı, həm də dövlətidarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən bir mühitdir. İnternet bir qlobal şəbəkə kimi fikir və söz azadlığının yaranmasında, sosial şəbəkələrin genişlənməsində, vətəndaşların idarəçilik proseslərinə cəlb olunmasında yeni imkanlar yaradır.

Tədbirin keçirilməsində  əsas məqsəd Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi Milli İKT iştirakçılarının beynəlxalq mütəxəssislərlə bir arada təcrübə mübadiləsini  və əməkdaşlığını həyata keçirmək, eyni zamanda regionların Regional internet idarəçiliyinə cəlb edilməsini təmin etməkdir. Tədbirdə Azərbaycanın  və müxtəlif ölkələrin  hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin iştirakçıları İnternetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşacaqlar.

Nəticə etibarı ilə, RİFAZ2013 beynəlxalq və yerli iştirakçılar arasında İKT sahəsində əməkdaşlığın dərinləşməsində öz töhfəsini verəcəkdir.

Tədbirə gəlməyinizi məmnuniyyətlə gözləyirik.

Dərin hörmətlə,
İnternet İdarəçilik Forumu Katibliyi / Azərbaycan

       
       

Vaxt

 İlk gün

 

10:00-10:30

   Qeydiyyat prosesi (Çay və Kofe fasiləsi)

 

10:30-11:15

  

 Açılış Mərasimi

  • Elmir Vəlizadə, Nazir Müavini, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN)
  • Natalia Alhazişvili, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi
  • Vyacheslav Cherkasov, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti
  • Nikolay Pomoşnikov, BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Məsələlər üzrə Komissiyasının Şimali və Mərkəzi Asiya Regional Ofisinin Rəhbəri.
  • Osman Gündüz - Azərbaycan İnternet Forumu (AİF) Prezidenti
  • Nəriman Hacıyev, Layihə Rəhbəri, “İnternet İdarəçilik Forumu Katibliyinin yaradılması” layihəsi
  • 9-cu İnternet İdarəçilik Forumu 2014-ün keçiriləcəyi ölkə, Türkiyə

 

11:15-11:30

Çay və Kofe fasiləsi

 

 

11:30-13:00

1-ci Sessiya. İnternet İdarəçiliyi Regional Münasibətlərin İnkişafı kimi - Yeni tendensiyalar, imkanlar və risklər:

Artıq bununla bağlı  nələr  mövcuddur? Qlobal səviyyədə İnternet idarəçiliyi məsələlərini və yerli, milli və beynəlxalq səviyyələrdə inkişafla bağlı yanaşmalara İnternet idarəçiliyi məsələsinin necə daxil edilə bilməsi?Regional İnternet idarəçiliyi təşəbbüsləri? Regional resurslara çıxış imkanı və müxtəlifliklə bağlı yeni siyasətlərlə İnternetin potensial faydalarından hər kəsin yararlanmasını necə təmin etmək olar?

Moderator (lar)

  1. Robert Şlegal, Rusiya Federasiyası Dumasının Üzvü
  2. Rahid Ələkbərli, Aparıcı İnfomrasiya Mütəxəssisi, Azərbaycan Diplomatik Akademiyası
  3. Palovirta Yoxanna, Aİ Məsələləri üzrə Rəhbər, ISOC
  4. Osman Gündüz -Azərbaycan İnternet Forumu (AİF) Prezidenti.
  5. Rəşad Əliyev - AİF İdarə Heyətinin üzvü.

13:00-14:00

Nahar fasiləsi

 

 

14:00-15:30

 2-ci Sessiya. Açıq Hökumət Təşəbbüsləri, İnternetə Giriş İmkanları və Milli Kontent:

Onlayn şəffaflıq, elektron hökumət və vətəndaş cəmiyyəti, açıq hökumət təşəbbüsləri, ASAN  xidmət mərkəzləri, İnternetə giriş imkanları, Həssas vətəndaşların Informasiya cəmiyyətində üzləşdikləri problemlərin müəyyənləşdirilməsi, İrəliyə yol, Milli domenlərin qeydiyyatı və istifadəsinin hüquqi aspektləri, Milli domenlərin qeydiyyatının təkmilləşdirilməsi, Azərbaycan dilində domen adları və inkişaf perspektivləri, Yeni milli domen zonası vacibdirmi?

 

Moderator (lar)

  1. Veronika Kretu, Prezident, Açıq Hökumət İnstutu, Moldova
  2. Leonid Todorov, Rusiya TLD-ləri üçün Kordinasiya Mərkəzi.
  3. Yuri Misnikov, BMT-nin beynalxalq konsultantı
  4. Ələsgər Məmmədli - AİF İH üzvü, media ekspert (Onlayn şəffaflıq,  İnternetə giriş , İnternet azadlığı və s.).
  5. Fərhad Yusifov, doktrantura dərəcəsi üzrə Departamenin Baş İcraçısı, IIT

 

15:40-17:00

 3-cü Sessiya. Regional İnformasiya Təhlükəsizliyi və Kiber Cinayətkarlıq:

Kiber təhlükəsizlik ilə əlaqəli problemlərin müəyyənləşdirilməsi (terrorizm, həssas məlumatın infiltrasiyası və sızması).  Bundan əlavə, özəlləşdirilmiş kiber təhlükəsizlik mühitində hökümətlər öz vətəndaşlarını bununla necə təmin edə bilərlər?  Kiber təhlükəsizlik məsələlərində dövlətlər hansı yolla  güclənə bilərlər? Burada (çoxtərəfli) əməkdaşlıq üçün uyğun forumlar var? İnformasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyət və perspektivlər, Kompüter cinayətləri. Onlayn xəbər resurslarına qarşı hücumlar, Kiber cinayətkarlığın və qanunvericiliyin inkişaf istiqamətləri

 

Moderator (lar)

  1. Edvard M. Roşe, İKT üzrə milli strategiyanın məsləhətçisi
  2. Faiq Farmanov, Elektron Təhlukəsizlik Mərkəzinin Direktoru
  3. Cahid İsmayıloğlu - AİF İH üzvü, ekspert, Kibercinayətkarlıq-informasiya təhlükəsizliyi
  4. Səadət Bünyadova, Mütəxəssis, İnformasiya Texnologiyaları İnstitutu

İkinci gün, 04 dekabr 2013

 

10:00-11:20

4-cü Sessiya. Azərbaycanda İnternet İdarəçiliyi və Milli İnternet İnfrastrukturu:

Yeni layihələr, investisiyalar, yeni texnologiyalar. Bu sahədə təcrübəsi olan ölkələrdən öyrənilən dərslər, Yüksək sürətli internetin olmaması və onun İKT şəbəkəsində gənclər üçün olan imkanlara təsiri, Kənd yerlərində internetə çıxış imkanları və perspektivlər

Moderator (lar)

  1. Dmitri Burkov, RIPE NCC, İdareedici Rəhbərliyin üzvü
  2. Nigel Hikson, ICANN Vitse Prezident, Avropa
  3. Tony Bonniçi, UNECE/GVA/UNO
  4. Susan Aliyeva, Layihə Direktoru, Eurodesign
  5. Vahid Qasımov - AİF İH üzvü, Milli Domenlərin tənzimlənməsi.

11:20-11:40

                          Çay və Kofe fasiləsi

 

11:40-13:00

5-ci Sessiya. Sosial şəbəkələr və sosial media rəqəmsal geriliyin həlli kimi:

Vətəndaşların  Sosial şəbəkələrdə iştirakı  (Twitter, Facebook); İKT şəbəkəsində gənclər üçün imkanlar,Təhsil şəbəkələri: şəhərdəki gənclərin / tələbələrin rayonlardakı gənclərlə imkanlarının müqayisəsi. Uşaqların İnternetdə təhlükəsizliyi. Uşaqlar üçün kontentin filtrasiyası. Beynəlxalq təcrübə. Təhsil sistemində filtrasiya, Yeni mediada etik standartlar

Oflayn və onlayn auditoriya, Yeni media köhnə medianı əvəz edəcəkmi? Yeni medianın tədrisi, Trendlər və Dünya praktikası, Sosial Media və Biznes - Azərbaycanda bu gün 

Moderator (lar)

  1. Vyaçeslav Çerkasov, İdarəetmə və İctimayi Administrasiya üzrə Aparıcı mütəxəsis. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti
  2. Veronika Kretu, Açıq Hökümət İnstutunun Prezidenti, Moldova
  3. Azər Həsrət - AİF İH üzvü və Mətbuat Şurasının üzvü (İnternet media, sosial media, yeni mediada etik standartlar, oflayn və onlayn auditoriya).
  4. Şaiq Muradov - AİF İH üzvü,  Sosial media
  5. Elşad Yusfli - AİF İH üzvü, Onlayn xəbər resurslarında monitorinq.

13:00-14:00

Nahar fasiləsi

 

 

14:00-15:30

6-cı Sessiya. e-İştirak üzrə çərçivənin yaradılması.

E-iştrak və Səlahiyyət, hər kəs üçün imkanlar və təkliflər e-iştrak, insanlara sələhiyyət verən dəyişikliklər, sosial təcrid vaitəsi kimi təqdim olunan sosial qrupların e-iştrakı Əmək qabilliyətini itirmiş və yaşlı insanlar, e-iştrak vasitəsi ilə insanları səlahiyyətləndirən innovativ strategiyalar, xidmətlər və üsullar.

Moderator (lar)

  1. Vyaçeslav Çerkasov, İdarəetmə və İctimayi Administrasiya üzrə Aparıcı mütəxəsis. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti
  2. Edvard M. Roşe, İKT üzrə milli strategiyanın məsləhətçisi
  3. Yuri Misnikov, BMT-nin Beynəlxalq Mütəxəssisi

15:30-16:00

Bağlanış Mərasimi

 

16:00-17:00

Bakutel 2013 sərgisinə iştirakçıların səfəri

 

10:00

 Üçüncü gün,  05 dekabr 2013

 Şəhərin görməli yerlərinə Gəzinti