5-ci Regional İnternet İdarəçilik Forumu
“İnnovasiya və Tərəqqinin Açarı İnternet” 07 Dekabr 2017

AZ | EN
Qeydiyyat

Xoş Gəlmişsiniz

5-ci “Regional İnternet İdarəçilik Forumu Azərbaycan” (RİFAZ 2017) həsr olunmuş səhifəyə xoş gəlmişsiniz.

Sizi səmimi qəlbdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi (NRYTN), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Ofisi (BMTİP) və ADA Unversiteti ilə birgə təşkil olunacaq RİFAZ 2017-yə dəvət edirik.

Məmnuniyyətlə nəzərinizə çatdırmaq istərdik ki, RİGFAZ 07 dekabr 2017-ci il tarixində “İnnovasiya və Tərəqqinin Açarı İnternet” devizi altında Azərbaycan Respublikası Bakı şəhərində keçiriləcəkdir.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Belə ki internet informasiya məkanı olmaqla yanaşı, həm də dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən bir mühitdir. İnternet bir qlobal şəbəkə kimi fikir və söz azadlığının yaranmasında, sosial şəbəkələrin genişlənməsində, vətəndaşların idarəçilik proseslərinə cəlb olunmasında yeni imkanlar yaradır.

Tədbirin keçirilməsində  əsas məqsəd innovativ, rəqabətli və inkişaf edən iqtisadiyyatın təkmilləşdirilməsi, e-iştirak və Açıq Hökümətdə Azərbaycanın potensialının artırılmasıdır. Eyni zamanda Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi Milli İKT iştirakçılarının beynəlxalq mütəxəssislərlə bir arada təcrübə mübadiləsini  və əməkdaşlığını həyata keçirmək, eyni zamanda regionların Milli internet idarəçiliyinə cəlb edilməsini təmin etməkdir. Tədbirdə Azərbaycanın  və müxtəlif ölkələrin  hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin iştirakçıları İnternetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşacaqlar.

Nəticə etibarı ilə, RİFAZ 2017 beynəlxalq və yerli iştirakçılar arasında İKT sahəsində əməkdaşlığın dərinləşməsində öz töhfəsini verəcəkdir.

Tədbirə gəlməyinizi məmnuniyyətlə gözləyirik.

Dərin hörmətlə, 

İnternet İdarəçilik Forumu Katibliyi / Azərbaycan