5-ci Regional İnternet İdarəçilik Forumu
“İnnovasiya və Tərəqqinin Açarı İnternet” 07 Dekabr 2017

AZ | EN
Qeydiyyat

Bakıda I Regional İnternet İdarəçilik Forumu Azərbaycan işə başlayıb

Dekabrın 3-də Bakıdakı “Kempinski Badamdar” otelində Birinci Regional İnternet İdarəçilik Forumu Azərbaycan (RİFAZ) işə başlayıb.

“BakuTel-2013” Beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilən forum BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, qurumun Azərbaycan nümayəndəliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Azərbaycan İnternet Forumunun birgə təşkilatçılığı ilə keçirilir.


“İnternet regional inkişaf və irəliləyişin hərəkətverici qüvvəsi kimi” mövzusunda təşkil olunan forumda “İnternet idarəçiliyi regional münasibətlərin inkişafı kimi – Yeni tendensiyalar, imkanlar və risklər”, “Sosial şəbəkələr və sosial media rəqəmsal geriliyin həlli kimi”, “Regional informasiya təhlükəsizliyi”, “Kibercinayətkarlıq”, “Azərbaycanda internet idarəçiliyi”, “Milli internet infrastrukturu” və digər məsələlər müzakirə ediləcəkdir.


Xatırladaq ki, ötən il noyabrın 6-9-da İnternet İdarəçilik Forumunun 7-ci görüşü məhz Azərbaycanda keçirilib.


Azərbaycan bu günədək keçirilmiş bütün İİF tədbirlərində səmərəli iştirak edib.